İntihara cəhd edən 46 yaşlı qadın xəstəxanaya yerləşdirildi - Şirvanda
1757
Şirvan şəhərində intihara cəhd hadisəsi baş verib. Mediapress.az “Report”un Mil-Muğan bürosunun məlumatına əsasən xəbər verir ki, 1973-cü il təvəllüdlü yerli sakin İsgəndərli Məlahət Səfayət qızı özünü asaraq intihara cəhd edib. Yaxınları tərəfindən xilas edilən qadın Şirvan Mərkəzi Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Asfeksiya diaqnozu qoyulan qadın hazırda komatoz vəziyyətdə süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.