53 yaşlı piyadanı maşın vurdu - Gəncədə
1801
Gəncə şəhərində 63 yaşlı kişi avtomobil vurub. Mediapress.az "Report"un Qərb bürosunun məlumatına əsasən xəbər verir ki, hadisə 1956-cı il təvəllüdlü Etibar Qiyas oğlu Allahverdiyev şəhərin Cavad Xan qəsəbəsində yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib. Yaralı qəzanı törədən sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğundan daha sonra şəhərdəki özəl xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.