\
13 Oktyabr 2024 - Bazar günü

Bağlı qapı arxasında 58 yaşlı qadın meyiti tapıldı - Bakıda

Bağlı qapı arxasında 58 yaşlı qadın meyiti tapıldı - Bakıda
1729baxış

Dünən axşam saatlarında paytaxta bağlı qapı arxasında qalmış qadın meyiti aşkar edilib. Mediapress.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar. Orada aşkarlanan 1961-ci il təvəllüdlü Əlizadə Səkinə Əhməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər Əməliyyat uğurla başa çatıb.