Üçotaqlı evin yanıb kül olmasının qarşısı alındı - Şamaxıda
1893
Dünən axşam saatlarında Şamaxıda üçotaqlı evin yanaraq kül olmasının qarşısı alınıb. Mediapress.az FHN-ə istinadən xəbər verir ki, Şamaxı rayonunun Quşçu kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən uğurla söndürülüb.