\
24 Noyabr 2024 - Bazar günü

Qusarlı quldurlara hökm oxundu - Bakı Ağır Cinayətlər Məhkəməsində

Qusarlı quldurlara hökm oxundu - Bakı Ağır Cinayətlər Məhkəməsində
1752baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nadim Ağaxanov və Bəhruz Nurullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Mediapress.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Ağaxanov 9 və B.Nurullayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, həmin şəxslər 2015-ci ildən 2018-ci ilədək Qusar rayon ərazisində bir neçə quldurluq hadisəsi törədiblər. Belə ki, N.Ağaxanov və tanışı, əvvəllər məhkum olunmuş B.Nurullayev 2015-ci ilin mart ayında maskalanaraq Qusar şəhər sakini Quliyev Bəhruz İskəndər oğluna məxsus evə qanunsuz daxil olublar. Onlar bıçaqla ev sahibinə və ailə üzvlərinə hədə-qorxu gələrək B.Quliyevi əlindən yaralayıblar. Həmin şəxslər evdən 500 manat pul və qızıl-zinət əşyaları aparıblar. N.Ağaxanov və B.Nurullayev digər cinayət hadisələri də törədiblər.

Onlar Qusar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.