\
24 Noyabr 2024 - Bazar günü

Prokuror kubinkalı Nizamın "barıqa" qızına 9,5 il həbs cəzası istədi - Bakı Ağır Cinayətlər Məhkəməsində

Prokuror kubinkalı Nizamın "barıqa" qızına 9,5 il həbs cəzası istədi - Bakı Ağır Cinayətlər Məhkəməsində
1711baxış

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Mediapress.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında onun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, polis əməkdaşları 2018-ci il mayın 18-də Bakıda narkotik və güclü təsiredici psixotrop tərkibli həblər satan şəxsləri saxlayıb.

Xatırladaq ki, Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva və bacısı Lamiyə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.