Azərbaycanda 30 yanvarda 30 cinayət faktı qeydə alındı - Rəsmi statistika
Azərbaycanda 30 yanvarın kriminal xronikası tərtib olunmuşdur. Mediapress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayətin üstü “isti izlər”lə açılmışdır. Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunmuşdur. Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş,nəticədə 1 nəfər ölmüşdür. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılmışdır.