\
13 Oktyabr 2024 - Bazar günü

Çoban çobanı bıçaqladı - Hacıqabulda

Çoban çobanı bıçaqladı - Hacıqabulda
1877baxış

Hacıqabul rayonunda mal-qara otaran çoban bıçaqlanıb. Mediapress.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindəki yataqların birində qeydə alınıb. Sürülərini qışlamaq üçün Hacıqabula gətirmiş Quba rayon sakini, 27 yaşlı Rəvan Qasımov heyvanları otarmaq üçün örüşə buraxıb. Bu zaman qonşu yataqda tanıdığı şəxs itlərini onun itlərinin üstünə buraxıb. Özü də “Niva” markalı avtomobillə gələrək onun itlərini döyməyə başlayıb. Rəvan Qasımovun dediyinə görə, o, “İtləri niyə döyürsən” soruşduqda həmin şəxs bıçaqla onun kürək nahiyyəsindən vurub. Kürək nahiyyəsindən bıçaq yarası alan R.Qasımov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.