\
24 Noyabr 2024 - Bazar günü

400 min manatı mənimsəyən şəxsə 9 il həbs cəzası verildi - Bakı Ağır Cinayətlər Məhkəməsində

400 min manatı mənimsəyən şəxsə 9 il həbs cəzası verildi - Bakı Ağır Cinayətlər Məhkəməsində
1697baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Mediapress.az xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. B.Hacıyev məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.  Xatırladaq ki, dövlət ittihamçısı çıxışında onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, B.Babayev Bakı şəhər sakinləri - Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 400 min manatını dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib. Lakin sonda B.Babayev vədinə əməl etməyib.

B.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.