Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub
1621
Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 206-cı (Qaçaqmalçılıq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan 35 yaşlı Ramiz RüstəmovGürcüstanda saxlanılıb.
Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.