\
24 Noyabr 2024 - Bazar günü

İnsan alverində təqsirləndirilən qadının cinayət işi məhkəməyə göndərilib

İnsan alverində təqsirləndirilən qadının cinayət işi məhkəməyə göndərilib
1731baxış

Azərbaycanlı qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirləndirilən Z.Həsənovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işində 5 zərərçəkmiş qadın var.

Qeyd edək ki, Z.Həsənova barəsində 2017-ci ildən axtarış elan edilib. Onun həbs edilməsi üçün əməliyyatı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi keçirib.

Məlum olub ki, Z.Həsənova Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyub.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Z.Həsənova barəsində idarəyə şikayət ediblər. Şikayət əsasında onun barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib. Daha sonra Z.Həsənova İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.