\
24 Noyabr 2024 - Bazar günü

Zaqatalada intihar etdiyi deyilən 11 yaşlı qızın ölümündə dəhşətli fakt: sən demə...

Zaqatalada intihar etdiyi deyilən 11 yaşlı qızın ölümündə dəhşətli fakt: sən demə...
1597baxış

Zaqalata rayonu Danaçı kəndində dünən axşam saatlarında 2008-ci il təvəllüdlü Gülnaz Şaban qızı Naqqayevanın intihar etməsi ilə bağlı məlumat yayılıb.

Kəndin icra nümayəndəliyindən Publika.az-a verilən məlumatda isə qızın intihar etmədiyi bildirilib. İcra nümayəndəliyindən verilən məlumata görə qız ehtiyatsızlıqdan dünyasını dəyişib:

“Ailənin 3 qızı, 1 oğlu var. Valideynləri uşaqlara qarşı hər zaman yaxşı münasibətdə olub, normal ailədir. Uşağın intihar etməsi üçün ailədə hər hansı problem yoxdur. Dünən gecə saatlarında bütün kənd həmin evdə olub. Bütün günü anasının yanında olan Gülnaz axşam 20 radələrində həmişə baxdıqları seriala baxmaq üçün bacıları ilə evə gedib. Anası həyətdə kartof əkini ilə məşğul olub. Hadisə tamamilə ehtiyatsızlıqdan baş verib. Belə ki, onların evi kürsülüdür və dama vurmaq üçün taxtalar zirzəmidə yığılıb. Gülnaz seriala baxıb sonra oynamaq üçün həyətə çıxıb, həmin taxtaların üstündə oynayanda yuxarıda bağlanan ipdən sallanmaq istəyib. Kəmərlə həmin ipi tutub çənəsini keçirib, taxtalar hərəkət etdiyindən ayağı yerdən üzülüb və boğulub. Qızı evdə görməyən anası axtarmağa başlayıb, yaxınlıqdakı kanala düşəcəyindən qorxublar. Ətrafdakı hər yeri gəziblər, sonra təsadüfən onu asılmış halda tapıblar”.

İcra nümayəndəliyindən bildirilib ki, Zaqatala Rayon Prokurorluğunda cinayət işi açılıb. Qızın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Hələ ki, meyit ekspertizadan ailəyə təhvil verilməyib.

Mediapress.az