\
25 Noyabr 2024 - Bazar ertəsi

Tanınmış iş adamının xanımı onu həbsdən çıxarmaq üçün kampaniyaya start verdi! - EKSKLÜZİV

Tanınmış iş adamının xanımı onu həbsdən çıxarmaq üçün kampaniyaya start verdi! - EKSKLÜZİV
1686baxış

Xanım intihara cəhddən sonra ölkə rəhbərinə müraciət edib -

Mediapress.az xəbər verir ki, məşhur iş adamı Şahin Hüseynlinin həbsi ilə bağlı artıq sensasion xəbərlər gəlməkdə davam edir. Belə ki, Şahin Hüseynlinin həyat yoldaşı məhkəmədə intihara cəhddən sonra, bu dəfə də “ ŞAHİN HÜSEYNLİYƏ ƏDALƏT “ kampaniyasına start verib.

Kampaniya çərçivəsində, Şahin Hüseynlini tanıyanlardan 50-yə yaxın ərizə toplayaraq Prezident İlham Əliyev Cənablarına, Vitse Prezident, birinci xanım Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova rəsmi müraciətlər edilib.

Şahin Hüseynlinin həyat yoldaşından aldığımız müsahibə zamanı o bunları bildirdi:

“Həyatımdan keçərəm, ancaq sevdiyim insanın göz görə-görə haqsızcasına həbs olunmasına göz yummaram! Heç kim məni nə iləsə qorxuda bilməz! Əlimdən gələn hər şeyi edəcəm! Ancaq Şahinin düşmənlərini sevinməyə qoymayacağam!

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsində tanınmış iş adamı, istehsalat, kənd təsərrüfat, əyləncə, turizm sektoru üzrə fəaliyyət göstərən “Şahin” şirkətlər qrupunun prezidenti – Hüseynli  Şahin  Rabil oğlunun məhkəməsi gedir. Və məhkəmə yanvar ayının 22-nə  təxirə salınıb.

Hazırladı: Könül AYPARA