\
24 Noyabr 2024 - Bazar günü

Ermənistanın Kassasiya Məhkəməsinin vəzifəli şəxsinin mənzili qarət edilib

Ermənistanın Kassasiya Məhkəməsinin vəzifəli şəxsinin mənzili qarət edilib
1766baxış

Ermənistanın Kotayksk vilayətində külli miqdarda oğurluq hadisəsi baş verib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı şəhər sakini Abovyan David Tovmasyan polis bölməsinə müraciət edərək, naməlum şəxs və ya şəxslərin texniki vasitələrin tətbiqi ilə onun mənzilinin pəncərəsini açaraq içəri soxulduqlarını, bundan sonra qonaq otağından qızıl və gümüşdən olan bəzək əşyalarını, həmçinin puloğurladıqlarını bildirib.

Hazırda istintaq bölməsində fakt üzrə materiallar hazırlanır. Mənbə bildirib ki, zərərçəkən D.Tovmasyan Ermənistanın Kassasiya Məhkəməsinin Satınalmalar Şöbəsinin rəisi işləyir.

Qeyd edək ki, bu Kotaysk vilayətində növbəti cinayət hadisəsidir. Belə ki, həmin vilayətdə oğul atanı xüsusi amansızlıqla qətlə yetirib.