Şiddətli yağışlar 84 nəfəri öldürdü
1754
İndoneziyada güclü yağışın yaratdığı sel və torpaq sürüşməsi 84 nəfərin ölümünə səbəb olub.
Mediapress.az xəbər verir ki, təkcə Papua əyalətində 79 nəfər ölüb. Yoqyakartada isə 5 nəfər həyatını itirib. Təbii fəlakət 74 nəfərin yaralanması 43 nəfərin itkin düşməsi ilə nəticələnib. 12 min nəfər sel fəlakətinin təsirinə məruz qalıb. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, yanvar ayında müşahidə edilən sel 68 nəfərin ölümünə səbəb olmuşdu.