Rusiya E.Həsənovu İnterpol vasitəsilə axtarır
1626
Azərbaycanlı terrorçuluqda ittiham edilir - FOTO
Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 37 yaşlı Elnur Həsənov terrorçuluqda, terrorçuların düşərgəsində təlim keçməkdə və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaqda ittiham olunur. E. Həsənov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Qeyd edək E. Həsənov Mingəçevir şəhərində doğulub.