46 yaşlı kişi internetdən tanış olduğu 13 yaşlı qıza təcavüz etdi - Cavan oğlan şəkli qoyubmuş - VİDEO
Türkiyədə şok olay yaşanıb.
Mediapress.az xəbər verir ki, Kırıkkalədə yaşayan, cayxana sahibi olan 46 yaşlı Hilmi G. internetdən tanış olduğu 13 yaşlı P.Y. ilə uzun müddət sosial medya vasitəsilə danışıb. Sonra azyaşlını günlük kirayə tutduğu evə dəvət edib. Mart ayının 12-də internet vasitəsilə tanış olduğu qızcığaza təcavüz edib. Amma P.Y.-ya bu barədə kimsəyə bir söz deməməyi tapşırıb.
P.Y.-nın anası qızının telefonunda yoxlanış apararkən qəflətən tanımadığı biri ilə mesajlaşdığını görüb və oxuduqlarından şoka düşüb. Qadın tez qızını da götürərərk Hilmi G. ilə bağlı polisə şikayət ərizəsi yazıb. Axtarışlardan sonra bəlli olub ki, təcavüzkar özünəməxsus profildən istifadə etmirmiş. O, şəkil yerinə cavan və yaraşıqlı oğlan şəkli qoyubmuş. Çox güman ki, P.Y. da onun bu yaraşığına aldanaraq, toruna düşüb.
Saxta adla sosial mediada "fəaliyyət" göstərən Hilmi G. dərhal həbs olunub. Məhkəmədə tutduğu əməldən peşman olduğunu bildirib.
Günel Ayxan