\
25 Noyabr 2024 - Bazar ertəsi

44 yaşlı kişini döyüb öldürdülər - BİLƏCƏRİDƏ

44 yaşlı kişini döyüb öldürdülər - BİLƏCƏRİDƏ
1617baxış

1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu Rəşid İsmayılov küçəsində naməlum şəraitdə döyülüb. O, baş və boyun nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ancaq xəsarətləri ağır olduğundan həkimlər M.Əhmədovun həyatını xilas edə bilməyib və xəstəxanada dünyasını dəyişib.

Hadisənin təfərrüatlarını Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları araşdırır. Polisin verdiyi məlumata görə, M.Əhmədov Qarabağ müharibəsi əlilidir. Onun kim tərəfindən və hansı şəraitdə döyülməsi isə hələlik məlum deyil. (apa)

Mediapress.az