Bakıda 12 yaşlı oğlan “Oba” marketin satıcısını hədələyərək kassadakı pulları aparıb
1667
Bakıdakı “Oba” marketlərdən birində quldurluq olub.
Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən “Oba” marketə daxil olan yeniyetmə oğlan satıcı 33 yaşlı M.Əhmədovanı bıçaqla hədələyib və kassadakı 205 manat pulu aparıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətmiş 12 yaşlı M.Mustafayev tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir. (report)