\
24 Noyabr 2024 - Bazar günü

Kişilərə satdığı əmisi qızını zorlayıb vəhşicəsinə öldürdü - Azərbaycanda cinayət

Kişilərə satdığı əmisi qızını zorlayıb vəhşicəsinə öldürdü - Azərbaycanda cinayət
1676baxış
Ucar rayonunda əmisi qızı Gülnar Həşimovanı zorlayaraq qətlə yetirməkdə təqsirli bilinən 26 yaşlı İlkin Çiqqarovun barəsində cinayət işinin istintaqı başa çatıb.
 
Mediapress.az Lent.az-a istinadən məlumatına görə, İ. Çiqqarov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 12-ə təyin edilib.
 
Qeyd edək ki, ötən il dekabr ayında Ucar rayonunda qeydə alınıb. Ucar rayon polis şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.
 
Müraciətlə əlaqədar polis əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayaıblar.
 
Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.
 
Ekspertiza rəyinə görə, Gülnar Həsimovanın boyun-boğaz və sol qolunda bıçaqla yetirilmiş ağır xəsarətlər aşkar olunub.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisəni törədən zaman sərxoş olub, qətldən əvvəl Gülnar Həşimovaya təcavüz edib və sonra ona 22 bıçaq zərbəsi vuraraq öldürüb.
 
Yayılan məlumata görə, İlkin Çiqqarov qətlə yetirdiyi əmisi qızının başqa-başqa kişilərlə pul müqabilində görüşünü təşkil edib.
 
Onların arasında mübahisənin pul üstündə yarandığı iddia olunur.
 
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə),  maddəsi ilə cinayət işi başlanıb.