Deputat Hüseyn Abdullayevdən müğənninin adına 10 milyonluq obyekt alıb
1679
"Quska" ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevincinayət işinin araşdırması zamanı xeyli maraqlı məqamlar ortaya çıxıb.
Mediapress.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Avromed" dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev bir neçə il əvvəl "Quska"dan dəyəri 10 milyonlarla ölçülən obyekt alıb.
İstintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb.
İlk mərhələdə obyekt 3 fərqli adamın adına alınıb. Onlar Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədova olub. Hər üç şəxsi notariusda etibarnamə ilə başqa adamlar təmsil edib. Etibarnamə ilə çıxış edib alqı-satqı müqaviləsinə imza atanlardan biri də "Avromed"in şöbə rəisi Dadaş Rzayevdir. Daha sonra həmin şəxslər milyonluq obyekti C.Feyziyevin oğlu Orxanın adına keçiriblər.
Cavanşir Feyziyev də istintaqa cəlb olunaraq bu hadisə barədə şahid qismində dindirilib.