Rusiyada dünya çempionunu öldürməkdə günahlandırılan Anar Allahverənovun özünü təqsirli bilmir
1637
Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi öldürməkdə günahlandırılan Anar Allahverənovun məhkəməsi başlayıb. APA-nın RİA "Novosti" agentliyinə A. Allahverənovun vəkili Konstantin Lısenko bildirib ki, hüquqlarını müdafiə elədiyi şəxs özünü günahkar bilmir. "Anar Allahverənov dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirilir", - deyə vəkil qeyd edib.