Bakı sakinini silahla hədələyən şəxs saxlanılıb
1718
Aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etdiyini görərək dərhal ora yaxınlaşıblar.
DİN-in Mətbuat xidmətindən Mediapress.az-a verilən məlumata görə, bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil veriblər.
Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Quliyev olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olan tüfəng götürülüb.