Şəmkirdə 29 yaşlı gənc güllələnərək qətlə yetirildi
1943
Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Belə ki, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələ ki məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.(report)