\
24 Noyabr 2024 - Bazar günü

Gürcüstanda generalı öldürməkdə ittiham edilən şəxs azadlığa buraxılıb

Gürcüstanda generalı öldürməkdə ittiham edilən şəxs azadlığa buraxılıb
1676baxış

General Samson Kutateladzeni öldürməkdə ittiham edilən Kaxetiya regonunun keçmiş prokuroru Georgi Çanturiya girov qarşılığında sərbəst buraxılıb.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Çanturiyanın vəkili Beka Basilia məlumat verib.

Rustavi şəhər Məhkəməsinin yaydığı bəyanatda Çanturiyanın azadlığa buraxılmasının səbəbi həbs-qətimkan tədbiri seçilməsinin zəruri olmaması və istintaq işlərinin mürəkkəbliyi ilə əlaqələndirilib.

Bununla yanaşı, müttəhimin şəxsiyyət vəsiqəsi və pasportu əlindən alınıb və gecə saatlarında evdən bayıra çıxmasına qadağa qoyulub.

Qeyd edək ki, general Samson Kutadeladze ötən ilin yanvarında naməlum şəxs tərəfindən Rustavi şəhərində qətlə yetirilib. Onun briqada generalı vəzifəsindən təqaüdə çıxdıqdan sonra biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Mediapress.az