Salyanda narkotiklə tutulan şəxs boğazını kəsib
1606
Salyanda polis narkotiklərlə mübarizə tədbirləri çərçivəsində keçirilən tədbirlər zamanı saxlanılan şübhəli şəxsi özünə xəsarət yetirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan sakini, 1986-cı il təvəllüdlü Hüseynov Hüseyn Zeynalabdin oğlu narkotiklə saxlanılan zaman boğazını ülgüclə kəsib. O, xəstəxanaya çatdırılıb, müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.