\
24 Noyabr 2024 - Bazar günü

Polis Barselonanın mərkəzində olan silahlını saxlayıb

Polis Barselonanın mərkəzində olan silahlını saxlayıb
1707baxış

Barselonanın mərkəzində əlində pnevmatik silah olan adam böyük hay-küyə səbəb olub. 

"Report" xəbər verir ki, bu barədə "El Periodico" qəzeti məlumat yayıb.

Bildirilir ki, turistlər Ramblasda şübhəli bir adam haqqında Katalon polisini məlumatlandırıblar. Nəticədə polis həmin adamın axtarışına başlayıblar. 

Silahlının tutulması zamanı müqavimət göstərib və üç polis zabiti yaralanıb.

Məlumata görə, şübhəli Filipin vətəndaşı idi. Çox gümanki o, psixoloji yoxlanışa göndəriləcək.

Mediapress.az