\
24 Noyabr 2024 - Bazar günü

Rusiyada azərbaycanlı gənci öldürüb yandırdılar

Rusiyada azərbaycanlı gənci öldürüb yandırdılar
1691baxış

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.

Mediapress.az modern.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub.

“Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.

Hazırda Samara Prokurorluğu faktla bağlı araşdırma aparır.