\
24 Noyabr 2024 - Bazar günü

Ağstafada güllə yarası alanlardan birinin ayağı amputasiya olunub- VİDEO, YENİLƏNİB

Ağstafada güllə yarası alanlardan birinin ayağı amputasiya olunub- VİDEO, YENİLƏNİB
1713baxış

Ağstafa rayonunda bazarda odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardan birinin ayağı amputasiya olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə zamanı 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev ayağından güllə yarası alıbmış. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Ağstafa rayon sakini, 1994-cu il təvəllüdlü Elnur Süleymanovun Ağsatafa rayonunun Böyük Kəsik kəndi ərazisindəki bazarda"Kalaşnikov" markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Faktla bağlı Ağstafa Rayon Prakurorluğunda araşdırma aparılır.

*** 11:33

Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba qızı Əhmədova, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Bundan başqa, Şərqiyyə Musayeva və övladları - Şəmiddin Musayev və Novruz Musayev, eləcə də satıcı Zeynəb Cəlilova hadisə yerində ölən şəxslərdir.

Qətli törədən şəxs isə 1994-cü il təvəllüdlü Elnur Süleymanovdur.

*** 11:07

Ağstafa rayonunda bazarda 4 nəfər güllələnərək qətlə yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mediapress.az