Bakıda 82 yaşlı kişi meyiti evində tapıldı - QONŞULARIN ŞÜBHƏLƏRİ ƏSASINDA
Qəfil ölümün səbəbləri araşdırılır
Bu gün saat 14:30 radələrində Bakıda bağlı qapı arxasından 82 yaşlı kişi meyiti aşkar edilərək çıxarılıb. Mediapress.az-ın FHN-nin məlumatına əsasən yaydığı xəbərə görə, paytaxtın Xətai rayonunda qonşuların şübhələri əsasında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib. Daxil olmuş məlumatda Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması faktı bildirilib. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açaraq, orada aşkarlanan 1936-cı il təvəllüdlü Koneyev Ramazan Soberjanoviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.Meyit müayinə üçün morqa göndərilib.
Hazırda ölümün səbəbləri araşdırılır.