\
24 Noyabr 2024 - Bazar günü

Kütləvi zəhərlənmə olan istirahət mərkəzinin rəhbərinin məhkəməsi başlayır - Zaqatalada

Kütləvi zəhərlənmə olan istirahət mərkəzinin rəhbərinin məhkəməsi başlayır - Zaqatalada
1686baxış

Zaqatala rayonunda kütləvi zəhərlənmə ilə əlaqədar “Hope Lake” istirahət mərkəzinin rəhbəri Elman Yüzbaşev barəsində başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilib. Hakim Elbrus Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası iyulun 30-da keçiriləcək.

Qeyd edək ki, Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi ötən il oktyabrın 20-də baş verib. Zaqatala şəhəri, 28 May küçəsi, ev 75 ünvanında yaşayan ikisi azyaşlı olmaqla 7 nəfərlik ailə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlar axşam saatlarında rayonun Qazangül inzibati ərazisində fəaliyyət göstərən “Hope Lake” ailəvi istirahət mərkəzində olub, xəmir xörək və digər qidalar qəbul ediblər. Ailə evə qayıtdıqdan sonra onlarda zəhərlənmə əlamətləri büruzə verib.

Hadisə ilə bağlı istirahət mərkəzinin rəhbəri Elman Yüzbaşevə Cinayət Məcəlləsinin 314.2 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Mediapress.az