\
24 Noyabr 2024 - Bazar günü

"Elə bilirdim ki, sevdiyi oğlan var" - Şəmkirdə bibisini öldürən gənc

"Elə bilirdim ki, sevdiyi oğlan var" - Şəmkirdə bibisini öldürən gənc
1779baxış

Şəmkirdə bibisini qətlə yetirən 20 yaşlı gəncin istintaqa verdiyi ilkin ifadəsi məlum olub.

A.Zamanov ilkin ifadəsində bibisini qısqanclıq zəminində öldürdüyünü bildirib: 

"Tez-tez telefonda kiminləsə danışır, görüş yeri təyin edirdi. Əvvəl elə bilirdim ki, sevdiyi oğlan var. Bir neçə dəfə izlədim, telefonla danışıb evdən çıxandan sonra arxasınca getdim. Gördüm ki, hər dəfə ayrı-ayrı oğlanlarla görüşür. Axşam evə gələndə soruşdum ki, haradan gəlirsən? O, da mənə dedi ki, "özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən". Biz mübahisə elədik. Mən mətbəxə keçərək oradan götürdüyüm bıçaqla başladım bibimə zərbələr vurmağa. Həmin vaxt özümdə deyildim. Sonradan bildim ki, 12 bıçaq zərbəsi vurmuşam".


*** 08:19

Şəmkirdə bibisini öldürməkdə şübhəli bilinən 20 yaşlı gənc saxlanılıb.

Şəhərin Səttarxan küçəsindəki yaşadığı evdə bibisi, 1980-ci il təvəllüdlü Aynurə Zamanovanı çox saylı bıçaq zərbələri ilə qətlə yetirən, 1999-cu il təvəllüdlü Ayxan Zamanov saxlanılıb.

A.Zamanov polisə könüllü təslim  olub və bibisini qısqanclıq zəminində öldürdüyünü deyib.

Faktla bağlı Şəmkir rayon Prakurorluğunda araşdırma aparılır.


00:03

Şəmkir şəhərində qadın qətlə yetirilib.

Hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb. 

Şəmkir rayon sakini, 1994-cu il təvəllüdlü Aynurə Zamanova bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Mediapress.az