Rusiyada öldürülən azərbaycanlı gəncin adı məlum olub - YENİLƏNİB - VİDEO
Rusiyada azərbaycanlı gəncin öldürülməsi anını əks etdirən videogörüntülər yayılıb.
"Report"un Şimal bürosu xəbər verir ki, öldürülən azərbaycanlı gənc bir neçə nəfərlə mübahisə edir. Mübahisə zamanı əlində odlu silah olan şəxs yaxın məsafədən atış açaraq Quba rayonu, Talabıqışlaq kənd sakini 30 yaşlı Fazil Saməddin oğlu Balayevin güzündən vurur. O, aldığı güllə yarasından yerindəcə ölür.
Silahlı insident zamanı ətrafdakılar hadisəyə soyunqanlılıqla yanışırlar.
*** 10:02
Rusiyada öldürülən azərbaycanlı gəncin adı məlum olub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bu, Quba rayonu, Talabıqışlaq kənd sakini 30 yaşlı Fazil Saməddin oğlu Balayevdir. F.Balayev Rusiyada mübahisə zəminində tapança ilə küçədə öldürülüb. O, gözündən güllələnib.
Qətli törədənin Rusiya vətəndaşı olduğu bildirilir.