Bakı sakinindən "Kalaşnikov" götürülüb
1717
Bakıda qanusuz silah-sursat saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər.
Əməliyayt nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan “AKS-47” markalı avtomat silahı və 20 ədəd patron götürülüb.