Keçmiş polis işçisi 58 yaşında intihar etdi - Ağdamda
1608
Azərbaycanda növbəti intihar hadisəsi baş verib. Ağdam rayonunda keçmiş polis işçisi intihar edib. Apa-nın məlumatına görə, rayonun Çəmənli kəndində 1960-cı il təvəllüdlü Məmmədov Yaşar Firudin oğlu yaşadığı evdə özünü iplə asaraq öldürüb. Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb. Məlumatda bildirilir ki, Y.Məmmədov əvvəllər daxili işlər orqanlarında çalışıb.