\
24 Noyabr 2024 - Bazar günü

Bursada dəhşətli qətl – Oğul anasını 50 bıçaq zərbəsi ilə öldürdü (FOTO)

Bursada dəhşətli qətl – Oğul anasını 50 bıçaq zərbəsi ilə öldürdü (FOTO)
1655baxış

Türkiyənin Bursa şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Musavat.com türkiyə mediasına istinadən xəbər verir ki, 48 yaşlı qadın oğlu tərəfindən 50 bıçaq zərbəsi ilə öldürülüb.

Baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.

Anası öldürən gənc oğlan iz azdırmaq üçün evin pəncərəsinə qan ilə “Məhəllənin şərəfi var” deyə bir yazı yazıb. Hadisəni araşdıran polislər evin ətrafındakı təhlükəsizlik kameralarından əsl cinayətkarı aşkar ediblər. Videogörüntülərdən əldə olunan məlumatlara görə 48 yaşlı Tülin Beygircini öz oğlu Berke Beygirci öldürüb.

Qadının öldürülməsini ilk öncə onun iş yoldaşları bilib. Bursada bir fabrikdə işləyən qadın işə getməyincə iş yoldaşları onu axtarmağa başlayıb. Telefon zənglərinə cavab verməyən qadının iş yoldaşları polisə məlumat verib. Evə gələn polislər qadını qanlar içində yerdə uzanılı vəziyyətdə tapıb.

Həbs edilən gənc oğlan törətdiyi cinayəti etiraf edib. Türkiyənin Denizli şəhərində universitetdə təhsil alan gənc dərslərində problem yarandığını anasından gizlədib. Anasına hər şeyin yolunda olduğunu deyən gənc oğlanın bir müddət sonra yalanları üzə çıxıb. Bundan sonra anası ilə arasında mübahisələr yaranıb. 24 yaşlı gənc Denizli universitetinin tələbəsi imiş.

Gənc oğlan törətdiyi hadisəni namus cinayəti kimi göstərmək istəməsini də etiraf edib. O,  evin pəncərəsinə qan ilə “Məhəllənin şərəfi var” yazısını özünün yazdığını bildirib.

Musavat.com

50 kez bıçaklanarak öldürülen kadının katili öz oğlu çıktı! Aynaya kanla yazı yazmış

Mediapress.az