SON DƏQİQƏ! Azərbaycanda vəkil güllələndi – FOTO
Tovuz rayonunda tanınmış vəkil Firudin Ələkbərli rayonun mərkəzində odlu silahdan güllələnib.
Xəstəxanaya çatdırılan F.Ələkbərli ölüb.
Əldə olunan son məlumata görə, Tovuz rayonunda güllələnən F.Ələkbərli sabiq məhkəmə sədri olub. Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb. (baku.ws)