33 yaşlı Bakı sakini tanışını bıçaqlayaraq öldürdü
1657
Bakıda qətl hadisəsi törədilib. APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.1985-ci il təvəllüdlü paytaxt sakini Sənan Əzimov aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Rüfət Polejniyı bıçaqlayaraq öldürüb. S.Əzimov saxlanılıb. Fakta bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.