"Beynəlxalq Bank"ın əməkdaşı məhkəmə zalında həbs edilib
1783
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, Ramin Səməndərov və Kifayət Səmədovanın məhkəmə prosesi başa çatıb.
Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, Ə. Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. (apa)