\
24 Noyabr 2024 - Bazar günü

16 yaşlı gənci qətlə yetirdilər - Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR

16 yaşlı gənci qətlə yetirdilər - Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR
1732baxış
ABŞ-ın Nyu-York şəhərində bir orta məktəbdə baş verən davada 16 yaşlı gənc insanların gözü qarşısında qətlə yetirilib. Şahidlər polisə zəng vurmaq əvəzinə, hadisəyə tamaşa edərək onu telefona çəkiblər. 
 
Moderator.az xəbər verir ki, Nyu-York şəhərinin Nassau bölgəsində orta məktəbdə baş verən davada 8 nəfər əlbəyaxa olub. Hadisə zamanı Kassen Morris adlı 16 yaşlı gənc bir neçə bıçaq zərbəsi alıb. O, sonradan xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Onu bıçaqlayan 18 yaşlı Tyler Flaq isə həbs edilib.
 
 
Gəncin ölümünə səbəb kimi hadisə şahidlərinin polis və təcili tibbi yardıma xəbər verməməsi göstərilir. Ekspertlər deyib ki, sosial şəbəkələrin bu qədər geniş istifadə olunması insanları da dəyişib. Onlar hadisə zamanı yardım etmək yerinə bunu telefona çəkərək sosial şəbəkədə paylaşırlar. Öldürülən gəncin bacısı da insanların bu cür laqeyd münasibətinə görə məyus olduğunu bildirib. 
 
Vasif Əlihüseyn