18 yaşlı qızı kimlər döyüb öldürüb?
Beyləqan rayonu Kəbirli kəndində baş vermiş hadisə ilə bağlı bir neçə şəxs polis tərəfindən dindirilmək üçün saxlanılıb. Onlardan biri də taksi sürücüsüdür.
Axar.az-ın əldə etdiyi məlumata görə, Beyləqan rayonu Kəbirli kəndi ərazisində yol kənarında huşsuz vəziyyətdə tapılan və yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən 18 yaşlı Aygün Quliyevanın ölümü ilə bağlı araşdırmada bəzi məqamlar məlum olub.
Belə ki, şübhəlilər arasında ailənin yaşadığı Yuxarı Aran kənd sakinləri yoxdur. Saxlanılan şübhəlilər rayon camaatıdır. Hadisə kənddə olmadığına görə şübhəlilər də əsasən rayon ərazisində axtarılır.
Qızı sonuncu dəfə görənlər hamısı dindirilməyə alınıb. Ancaq hələlik konkret olaraq şübhəli yoxdur.
Əldə etdiyimiz məlumata görə, rayon yollarındakı bütün kameraların yaddaşı yoxlanılır. Ancaq kənddə heç bir müşahidə kamerası yoxdur.