Beyləqanda ər arvadını boşandığı üçün öldürdü
1956
Beyləqanda ər arvadını bıçaqlayaraq öldürüb.
Hadisə rayon xəstəxanasında baş verib. Beyləqan rayon sakini, 25 yaşlı Bəhrəmli Könül Bəhmən qızı boşandığı üçün əri tərəfindən bıçaqlanıb. Tibb bacısı işləyən qadının əri onun işlədiyi xəstəxanaya gəlib, onu döyərək, bir neçə bıçaq zərbəsi vurub. Həkimlər K.Bəhrəmlinin həyatını xilas edə bilməyib.
Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb.
Polis qatil əri axtarır.(APA)