Bıçaqlanan taksi sürücüsü xəstəxanada ölüb - ŞƏMKİRDƏ
1604
Şəmkirdə bıçaqlanan sürücü xəstəxanada vəfat edib.
Həkimlər 1954-cü il təvəllüdlü Arif Yusifovu xilas edə bilməyiblər. Qeyd edək ki, Şəmkirdə sürücü ilə müştəri arasında dava bıçaqlanma ilə nəticələnib.
Rayonun İrmaclı kənd sakini, 1993-cü il təvəllüdlü Ayvaz İsgəndərov rayon mərkəzində 1954-cü il təvəllüdlü Arif Yusifovun idarə etdiyi taksiyə oturaraq yaşadığı kəndə sürdürüb. Kəndə çatanda sərnişin 5 manat ödəsə də, taksi sürücüsü yol haqqının 12 manat olduğunu deyib. Aralarında yaranan mübahisə A. İsgəndərovun A. Yusifovu bıçaqlaması ilə nəticələnib. A. İsgəndərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (apa)