Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalanıb
1621
Ukraynada mütəşəkkil cinayətkar dəstənin liderlərindən biri olan azərbaycanlı saxlanılıb.
apa-nın “korrespondent.net” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mətbuat xidməti məlumat yayıb.
Həmin şəxs ağır və xüsusilə ağır cinayətlərdə, konkret olaraq, soyğunçuluq məqsədilə mütəşəkkil qruplaşmanın tərkibində silahlı hücumda təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.
Ukrayna Təhlükəsizlik Xidməti onun mərkəzi vilayətlərin birində, kiçik qəsəbədə gizləndiyini müəyyənləşdirib. Keçirilən əməliyyatla o, saxlanılıb.
Hazırda adı açıqlanmayan həmin şəxsin Azərbaycana ekstradisiyası məsələsi həll olunur.