\
25 Noyabr 2024 - Bazar ertəsi

Axtarışda olan biznesmen həbs edilib

Axtarışda olan biznesmen həbs edilib
1649baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rauf Sadıxovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim bildirib ki, R. Sadıxov barəsində həbsli axtarış çıxarılıb. Ona görə də R. Sadıxov məhkəmə iclas zalında həbs olunub. Məhkəmə baxışı fevralın 27-nə təyin edilib. Qeyd edək ki, R. Sadıxov Moskvada bizneslə məşğul olub. O, qohumunun şikayəti əsasında həbs edlib. R. Sadıxov tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilir. (apa)

Mediapress.az