Ofisiant restoranın tualetində gənc qadına təcavüz etdi
1608
Türkiyə mediası bildirir ki, sözügedən hadisə İstanbulda baş verib. Amerikadan gələn gənc qadın dostları ilə restorana əylənmək üçün gedib.
Gənc qadının polislərə verdiyi ifadəyə görə, tualetə getmək istəyən qadın ofisiantdan tualetin yerini soruşub. Ofisiant isə ona yeri göstərdikdən sonra tualetin qapısını bağlayaraq öpməyə başlayıb. Gənc qadın qışqırmaq istədikdə isə ağzını bağlıyıb, paltarlarını soyundurmağa başlayıb.
Buna baxmayaraq amerikalı qadın xilas olaraq qışqırmağa başlayıb, qorxan ofisiant oradan uzaqlaşıb və bir neçə müddət işə gəlməyib.
Polislər tərəfindən saxlanılan 32 yaşlı Ceyhun Baba ifadəsində deyib: Mən evli və 2 uşaq atasıyam. Masada əyləşən dostları xanımı tualetə aparmağımı istədi. Mən də onu qapının qarşısında gözlədim, daha sonra işimə qayıtdım” deyə bildirib.
Kamera görüntülərini incələyən polislər onun günahını təsdiq edərək, həbs edib. (azxeber)