İki gün əvvəl toya gedən şəxsin meyiti tapılıb
1650
Salyan rayonunda sakininin meyiti tapılıb.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Xıdırlı kənd sakini, 1984-cü il təvəllüdlü Paşayev Qabil Valeh oğlunun meyiti Yenikənd kəndində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
İlkin məlumata görə, Q.Paşayev iki gün bundan əvvəl həmin kəndə toya gəlib və ondan sonra bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.