\
25 Noyabr 2024 - Bazar ertəsi

Adam bıçaqlayan Avropa çempionu məhkəmədən azadlığa çıxdı

Adam bıçaqlayan Avropa çempionu məhkəmədən azadlığa çıxdı
1541baxış

Adam bıçaqlamaqda ittiham ediən Avropa çempionu hakim qatşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, Avropa çempionu Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Avropa çempionu son sözlə çıxış edib.

T.Vəzirzadə bildirib ki, əməlindən peşmandır.

"Mən vətənimin bayrağını hər zaman zirvələrdə tutmuşam. Aprel döyüşlərində sücayətlə döyüşmüşəm. Xidmət etdiyim hərbi hissədən də arayış ala bilərsiz, həmin döyüşlər zamanı baş kəşfiyyatçı olmuşam. Bunlara nəzərə almağınızı istəyirəm"

Məhkəmə prosesinin davamında hökm oxunub. Hökmə əsasən Tuncay Vəzirzadəni 3 il müddətinı azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbuq edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Bildirək ki, ittihamda yazılır ki, T..Vəzirzadə 7 oktyabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində aralarında yaranan münaqişə zəmnində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb.

Xəstəxanaya çatdırılan R.Həziyevi xilas etmək mümkün olub.

T. Verdizadə 2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvüdur.

Mediapress.az