Sevgilisini bıçaqlayıb öldürən şəxs saxlanılıb
1622
Bakıda qeyr-rəsmi nigah münasibətində olduğu qadını bıçaqlayan şəxs saxlanılıb.
Noyabrın 28-də saat 23 radələrində 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi nikah münasibətində olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub.
Qadın aldığı bıçaq zərbələri nəticəsində ölüb.
S.Məmmədov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.