Azərbaycanda kişini öldürüb evlə birgə yandırdılar - DƏHŞƏTLİ QƏTL
1615
Ötən gün Astara rayonunun Şiyəkəran kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanması və oradan 1962-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun yanmış meyitinin yanğınsöndürənlər tərəfindən aşkar edilməsi barədə məlumat vermişdik.
İlkin raşdırmalar zamanı Cabir Əıiyevin öldürüldüyü və daha sonra evin yandırıldığı üzə çıxıb. Belə ki, ev sahibi Əliyev Sadiq Novruz oğlu ilə Cabir Əliyev arasında dekabrın 7-də evin yataq otağında münaqişə baş verib. Bu zaman S.Əliyev həmyerlisinə odun parçası və bıçaqla zərbələr endirərək onu öldürüb. Ev sahibi hadisədən bir gün sonra evdəki sobaya təpiklə zərbə endirib və yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər Cabir Əliyevin meyitini aşkarlayıb.
Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir.
///Publika.az